“Vergilərin 80 faizdən çoxu özəl sektorun payına düşür”
Yusif Nəzərli
07:59 25.04.2023
İqtisadiyyat
380
“Azərbaycanda yığılan vergilərin 80%-dən çoxu özəl sektorun payına düşür”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfransa videomüraciətində bildirib.
“Dayanıqlı inkişaf edən Azərbaycanda özəl sektorun güclənməsi sosial-iqtisadi inkişaf strategiyasının daim mərkəzindədir və bu sahədə sistemli işlər həyata keçirilir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82% artıb və 15,5 milyard manat təşkil edib. Bu, müstəqilliyimiz dövründə mütləq rekord məbləğdir. Hökumətin müəyyən etdiyi bir sıra fiskal imtiyazlar və güzəştlər fonunda belə nəticələrin əldə edilməsi müsbət haldır. Bu, bizim doğru yolda olduğumuzu, biznes ictimaiyyəti ilə qarşılıqlı etimad və inamın formalaşdığını, iqtisadi sferada qazanılmış uğurların miqyasını və əhatəsini əyani şəkildə göstərir”, - deyə o qeyd edib.
“Azərbaycan iqtisadiyyatının inkişafında müsbət meyillər getdikcə artır. 2022-ci ildə ölkənin ümumi daxili məhsulun (ÜDM) dəyəri 4,6% artaraq 133,8 milyard manat, o cümlədən qeyri-neft-qaz sektorunda 9,1% artaraq 69,8 milyard manat təşkil edib. ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb. 2022-ci il ərzində xarici ticarət dövriyyəmizin dəyəri 55%-dən çox artıb və 52,6 milyard ABŞ dolları, o cümlədən ixracımızın dəyəri 71,8% artaraq 38 milyard ABŞ dollarından çox olub. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracının dəyəri 12,3% artaraq üç milyard ABŞ dollarından çox olub.
Lakin bu gün mürəkkəb və volatil mühitdə yaşayırıq. Buna baxmayaraq, ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımın 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə təmin edilməsini hədəfləyirik. Davamlı artım drayverlərinin fəallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına sürətlə reinteqrasiyası rəqabətqabiliyyətli iqtisadi artımı şərtləndirəcək. Bu prosesdə rəqəmsal ekosistemin, sahibkarlıq mühitinin, insan kapitalının inkişafı kimi məsələlər də diqqət mərkəzində olmalıdır. O cümlədən, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi, yeni alətlərin tətbiqi sahibkarlığın inkişafına yeni töhfələr verəcək. Sənaye zonalarının rezidentlərinin sayının artması, biznesin güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni fiskal güzəştlər, ixrac və investisiyaların təşviqi üçün imtiyazlar və digər məsələlər bu baxımdan xüsusilə qeyd edilməlidir”, - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə