Yeni məşğulluq layihəsi üzrə daha 461 şəxsə iş yerlərinə göndəriş verilib
11:33 10.04.2022
İqtisadiyyat
544
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı”nın icrası davam edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ilin ötən dövrü ərzində proqram çərçivəsində bu ilin əvvəlindən 461 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. Göndəriş verilənlərin bir hissəsi ilə əmək müqavilələri bağlanıb, digərləri ilə həmin müqavilələrin bağlanması işləri davam edir.
2020-ci ilin son aylarında icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 219 işəgötürənlə əməkdaşlığa başlanıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 700 nəfər işlə təmin edilib.
Onların bir hissəsi də şəhid ailəsi üzvləri, müharibə qaziləri, əlilliyi olan şəxslərdir.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial