İsrail Ordusu İordan çayının qərb sahilinə əlavə üç batalyon göndərib
Yusif Nəzərli
21:21 21.02.2025
Dünya
294
İsrail Ordusu təhlükəsizliyi gücləndirmək üçün İordan çayının qərb sahilinə əlavə üç batalyon göndərib.
“Report” xəbər verir ki, bu barədə TASS İsrail ordusunun Mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu qərar fevralın 20-si axşam saatlarında İsrailin paytaxtı Təl-Əvivin ətrafında yerləşən şəhərlərarası avtobusların dayanacağında baş verən partlayışlardan sonra verilib. Polisin ilkin versiyasına görə, partlayıcı qurğular İordan çayının qərb sahilindən olan fələstinli radikallar tərəfindən yerləşdirilib.
“Vəziyyəti qiymətləndirdikdən sonra İsrail Ordusu Yəhudiyyə və Səməriyyənin (İsrail İordan çayının qərb sahilini belə təyin edir – red.) bir neçə bölgəsinə giriş məntəqələrini bağlayıb və bu ərazilərdə təhlükəsizlik zonasında əməliyyatları gücləndirib. Həmçinin Yəhudiyyə və Səməriyyədə əlavə üç batalyon yerləşdirilib”, - press-relizdə deyilir.
Ordudan qeyd edilib ki, hərbçilər əməliyyat vəziyyətini daim qiymətləndirirlər. “Qoşunlar hadisələrin necə inkişaf etməsindən asılı olaraq əməliyyatları genişləndirməyə hazırdırlar”, - Mətbuat xidmətindən əlavə olunub.
Qeyd edək ki, fevralın 20-də axşam saatlarında İsrail polisi Təl-Əvivin ətrafındakı Bat-Yamda avtobuslarda bir neçə partlayış və yanğın barədə məlumat verib, insidentlərdə heç kimin xəsarət almadığını qeyd edib.
İnsidentdən sonra İsrailin Baş naziri Binyamin Netanyahu ordu və təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə fövqəladə iclas keçirib, hərbçilərə İordan çayının qərb sahilində terror ocaqlarına qarşı genişmiqyaslı əməliyyat keçirməyi tapşırıb, həmçinin polis və kəşfiyyat xidmətlərinə gələcək belə hücumların qarşısını almaq üçün İsrailin şəhərlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsini göstəriş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm