Mirziyayev: Bu, cəmiyyətin xərçəng şişidir

Özbəkistanda dövlət qulluqçularının gəlir bəyannaməsi haqqında qanun qəbul etməyin vaxtı çatıb.
Axar.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Şuranın geniş iclasında bildirib.

O, aidiyyəti qurumlara qanun layihəsini tezliklə ictimai müzakirəyə çıxararaq aprelin 1-dək baxılmaq üçün təqdim etməyi tapşırıb.

“Korrupsiya islahatların qarşısında duran əsas maneədir. Bu, cəmiyyətin xərçəng şişidir”, - Mirziyayev bildirib.