Diyarbəkirdə bir iş adamına hədiyyə edilən dişi dəvəquşu yeni sahibindən qaçaraq onu böyüdən şəxsin yanına qayıdıb. Dəvəquşunun kefsiz olması da nəzərdən qaçmayıb və köhnə sahibi baytar həkimlərə müraciət edib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, dişi dəvəquşu sağlamlıq qrupları tərəfindən müayinə olunub, hansı səbəbdən stress keçirdiyi müəyyənləşib. Dəclə Universiteti Baytarlıq Fakültəsinin səyyar kliniki tətbiqi çərçivəsində, akademik və yuxarı kurs tələbələrindən ibarət səyyar qrup, 15 kilometr yol qət edərək Yenişəhər mahalına dönən, sahibinin “Hüthüt” adı verdiyi dişi dəvəquşu üzərində sağlamlıq yoxlaması aparıb. DU Baytarlıq Fakültəsi Dekanı professor Sadık Yayla AA müxbirinə bildirib ki, “qaçaq dəvəquşu” kimi gündəmə gələn dəvəquşunun sağlamlığını yoxlamaq üçün tələbələri ilə birlikdə yaşadığı kənd məhəlləsinə gəliblər. Dəvəquşunun evə qayıtma prosesində stress keçirdiyini ifadə edən Yayla, "Stresdən sonra müvəqqəti iştahsızlıq, depressiya kimi simptomlar var idi. Tətbiq edilən müalicələr və bu gün apardığımız müayinə nəticəsində sağlamlığına qovuşduğunu müəyyən etdik. Hazırda vəziyyəti çox yaxşıdır", deyib. Türkiyədə dəvəquşu yetişdirilməsinin geniş yayıldığına diqqət çəkən Yayla, tələbələri məzun olmadan bu cür təcrübələrlə daha yaxşı yetişdirməyə çalışdıqlarını qeyd edib. "DU Animal Hospital"ın baş həkimi və Baytarlıq Fakültəsi Daxili Xəstəliklər Kafedrasının müdiri, prosessor Hasan İçen də dəvəquşunun sahibinə dönərkən sıx stress yaşadığını ifadə edərək, sahibi ilə olan bağı sayəsində evə qayıtdıqdan sonra stressinin azaldığını qeyd edib: “O, sahibi ilə çox möhkəm bağ qurub, bunun şahidi olduq”. Daha əvvəl bir çox dəvəquşu fermasında olduğunu və ilk dəfə belə bir sevgi bağı ilə qarşılaşdığını söyləyən İçen deyib ki, dəvəquşular yad adamları gördükdə panikaya düşürlər və sərt reaksiya verirlər. Amma onda belə bir reaksiyanı görmədik, müayinə etməmizə icazə verdi. Müayinə zamanı hiss etdik ki, o, tək qaldığı üçün narahatdır. Bundan başqa səhhətində heç bir problemi yoxdu. Sahibi də dəvəquşu ilə mehriban davranır. Ona ən qısa zamanda erkək tay tapmaq lazımdır. Bunun üçün həm sahibinə, həm də dəvəquşuna dəstək olmaq istəyənlərə səslənirik”. H.İçen həm dişi dəvəquşuna, həm də yoldaşı olaraq tapılacaq dəvəquşuna hər cür sağlamlıq xidməti göstərməyə hazır olduqlarını bildirib. Dəvəquşunun sahibi Fesih Ateş bu ziyarətdən məmnun olduğunu və sağlamlıq qruplarının göstərdiyi diqqətin sevindirici olduğunu bildirib. Ateş, "Bir neçə problemi var idi, müalicə etdik. Hazırda vəziyyəti çox yaxşıdır. Dəvəquşuna yoldaş lazımdır", deyib.