KTMT ölkələri bir araya gəldi - Birgə təhlükəsizlik planı qəbul olundu
Yusif Nəzərli
06:37 28.05.2025
Dünya
500
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr 2026-cı il üçün təşkilatın kollektiv təhlükəsizlik sisteminin komandanlıq-nəzarət orqanlarının, qüvvə və vasitələrinin hazırlanmasına dair planı təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi teleqram kanalında məlumat yayıb.
Məlumata görə, bu qərar KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası zamanı qəbul olunub. Tərəflər “KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin 2026-cı il üçün komanda-nəzarət orqanlarının və birləşmələrinin birgə təlimi Planı”nı müzakirə edərək, yekdilliklə təsdiq ediblər.
Belarus Müdafiə Nazirliyi bildirib ki, planın əsas məqsədi üzv ölkələrin birgə müdafiə imkanlarının artırılması və böhran vəziyyətlərinə operativ reaksiya vermək üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.
Qeyd edək ki, KTMT Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanı birləşdirən hərbi-siyasi ittifaqdır və təşkilat üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığı təmin etməyi hədəfləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm