
Yapon və Azərbaycan valideynin fərqi: Orada dərslərə bazarlıqlarla başlamırlar
11:12 05.09.2025
Maraqlı
627
18 bənddən ibarət olan davranış qaydalarında fondpulu, müəllimlər gününə hazırlıq yoxdur
Yaponiyada tədris ili başlanmazdan əvvəl, birinci sinfə gedəcək uşaqların valideynlərinə övladlarından tələb olunanların siyahısı təqdim edilir. Sosial şəbəkədə bu barədə maraqlı məlumat yerləşdirilib. Tələsməyək. Siyahıda kitab, dəftər, su qabı, yemək qabı, termos, qələm, xətkeş, pozan... yazılmayıb. Bu, yapon uşaqlardan tələb olunan bacarıqların siyahısıdır. Valideyn övladını məktəbə 18 bənddən ibarət bu siyahı üzrə hazırlamalıdır. Nələr var siyahıda:
“Uşağınız məktəbə başlamazdan əvvəl, onun aşağıda sadalanan qaydalara əməl edə bildiyinə əmin olun və valideynlər və ailə üzvləri olaraq, eyni davranış qaydalarına əməl edin”.

"Əsas Davranış Qaydaları" bölməsi:
1) Kimsə danışanda diqqətlə qulaq asın.
2) Başqaları ilə salamlaşın və suallara aydın və yüksək səslə cavab verin.
3) Başqalarının əşyalarının sizə aid olmadığını aydın dərk edin.
4) Ayaqqabılarınızı içəri girməzdən əvvəl çıxarın və diqqətlə təyin olunmuş yerə qoyun.
5) Oturarkən belinizi düz tutun.
6) Həmişə təmiz və yaxşı ütülənmiş paltarda olun.
7) İş masanızı və ətrafdakı əşyaları səliqəli və nizamlı saxlayın.
8) Erkən yatıb özbaşına tez durmaq mütləqdir.
9) Doyurucu səhər yeməyi yeyin.
10) Dişlərinizi fırçalamağı unutmayın.
11) Ən vacibi - heç vaxt yalan danışmayın.
"Dostlarla münasibətlər" bölməsi:
1) Sinif yoldaşlarınızdan heç birini heç vaxt tək qoymayın.
2) Əgər kiminsə problemi varsa, kömək edin.
3) Dostlarınız haqqında pis danışmayın.
4) Kiminlə necə ünsiyyət qurmağı, oynamağı və öyrənməyi bilin.
5) Yalnız təkbaşına oynamağı deyil, həm də hər kəslə oynayaraq əylənməyi bacarın.
6) Fiziki inkişaf və təbiətdə istirahət etmək bacarığı üçün açıq havada oynayın.
7) Əgər səhv etsəniz, səmimi olaraq üzr istəməlisiniz.
Bu qaydalara əməl etmək zəruridir”.
Bizim valideynlər nə edir tədris ili öncəsi? Hazırda ana-atalar bazar-dükanları ələk-vələk etməkdədir. Qızğın alış-veriş gedir. Məktəbli forması, ayaqqabı, çanta, yuxarıda qeyd etdiyimiz bir düjin məktəbli ləvazimatları. 15 sentyabrda uşağın nə geyinəcəyi öz yerində, özünün də nə geyinəcəyini, necə bəzənib-düzənəcəyini düşünür qadınlar. Gül dəstəsi, tort sifariş verənlər var. Məktəbə ayaq basar-basmaz Fondpulu yığılacağını da bilir valideyn. Bəs necə?!. Tətil müddətində fondlar boşalıb axı. Uşaqlar səhər yeməyindən bilmərrə imtina etdiyi üçün analar mütləq yemək qabını doldurmağı gözardı etməyəcək. Cibxərci də verəcəklər uşağa, dərsdən çıxanda “abur-çubur” alıb yesin deyə. “Oğlum, qızım, gəl baxaq görək məktəbə necə hazırlaşmısan, nə bilirsən, özünü məktəbdə necə aparacaqsan, səhər səni oyadanda ağlayıb “mən məktəbə getmirəm”, deməyəcəksən ki, və sair və ilaxır bu kimi məsələləri düşünən valideynlər görəsən nə qədərdi? Əminliklə deyə bilərik ki, valideynlər indidən 5 oktyabr – Müəllim günündə çəkiləcək xərcləri hesablayırlar. Hətta müəllimə nə hədiyyə edəcəklərini də, bir-biriylə tanış olmağa imkan tapmış analar öz aralarında müzakirə edir artıq. Belə fərqli məkanlar, fərqli düşüncə və yanaşmalar, fərqli davranışlar. Məqsədsə, əslində bir olmalıdır: uşağın yaxşı təhsil alması. Bu iki haldan hansında yaxşı təhsilə ümid etmək olar, valideynlər düşünsün.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya