6 ay ac qalırlar: Kartof böcəyi köklükdən xilas edir
08:55 22.01.2025
Maraqlı
621
Türkiyəli alimlərin araşdırması elm dünyasını heyrətə gətirib.
“Sherg.az” NTV.com.tr”yə istinadən bildirir ki, türkiyəli alimlər kartof böcəklərinin qış yuxusunda yağ yığıb yandırmasına imkan verən genlərinin insan genlərinə bənzədiyini müəyyən ediblər. Araşdırmanın obezite kimi sağlamlıq problemlərinin həllinə işıq tutacağı gözlənilir. Akdəniz Universiteti Bitki Mühafizəsi kafedrasının müəllimi, professor Umut Toprak və komandasının apardığı araşdırma dünyanın ən nüfuzlu elmi jurnallarından olan “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub. Qaraciyər yağlanması, piylənmə və diabet kimi xəstəliklərin bir çox insanı narahat edən sağlamlıq problemi olduğuna diqqət çəkən Toprak, son araşdırmalarında əsas gen susdurma texnologiyasına çox uyğun olduğu üçün kartof böcəyi üzərində araşdırma aparmağa üstünlük verdiklərini söyləyib. Kartof böcəklərinin qış yuxusuna gedən canlılar olduğunu ifadə edən Toprak belə deyib: "Biz kartof böcəyində mühüm bir nöqtədən başladıq və bu, bu canlıların qış yuxusuna getməsi idi. Kartof böcəkləri qışı yerin altında təxminən 6 ay yemək-içmədən keçirirlər. Onların əvvəllər topladıqları yağların əsas enerji mənbəyi olduğunu gördük”. Professor Mehmet Özcan, kartof böcəklərində olan lipid mübadiləsi ilə bağlı genlərin insanlarda da olduğunu ifadə edib. "Bunun əsasında insanların harada lipid yandırmada çox müvəffəqiyyətli olmadıqlarını və niyə qaraciyər yağlanması və ya obezite kimi xəstəliklərə tutulduqlarını araşdırmağa başladıq", deyib. Umut Toprak, araşdırmanın digər mühüm tapıntısının kartof böcəklərindəki şəkər-yağ əlaqəsi ilə bağlı olduğunu bildirib. U.Toprak ilkin məlumatların kartof böcəklərində toplanan yağların qidadan gəlib-gəlmədiyi sualını gündəmə gətirdiyini, araşdırmaların böcəklərin qidada şəkərdən alınan yağlarla yanaşı, yağları da yığdığını göstərdiyini bildirib. Kartof böcəklərinin kartof bitkisinin yarpaqları ilə qidalanarkən çox yüksək miqdarda şəkər qəbul etdiyini qeyd edən Toprak, "Bu şəkərdən yüksək miqdarda lipidin istifadəsi və istehsalı üçün istifadə edirlər. Ona görə də burada nəticə şəkərin insanlarda və ya digər məməli modellərdə yağ sintezində qaynaq olaraq istifadə edilə bildiyinə görə buradakı qidaların şəkər tərkibi qətiliklə köklük baxımından nəzərə alınması lazım olan bir parametrdir". U.Toprak insanların ümumiyyətlə qış mövsümündə yağ nisbətinin artması səbəbindən kilo problemi yaşadığına diqqət çəkib. Ancaq bir çox canlı qruplarında bu kökəlmənin "yaşamaq mübarizəsi" mənasını verdiyini ifadə edən Toprak, "kartof böcəkləri payızda həddindən artıq kökəlirlər. Köklənmədə rol oynayan genlər insanlarda olduğu kimi mövcuddur və buna görə də bu genlərin işləməsi ilə bütün qış boyu yağ yığılıb yandırıla bilər”, söyləyib. Kartof böcəklərinin potensialının çox yüksək olduğunu vurğulayan Toprak, insanlarda qaraciyər yağlanması və piylənmə kimi sağlamlıq problemlərinin həllində və ya bu xəstəliklərin biokimyəvi mənşəyinin anlaşılmasında həşəratların piy yığma və yağ yandırma mexanizmlərinin başa düşülməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual