Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Vernisaj" adlı sərgi- ekspozisiyası keçiriləcək.
"Sherg.az" xəbər verir ki, tədbir 20 fevral, saat 19:00 - da Ümumdünya Uşaq yaradıcılıq Fondunu rəyasət heyətinin, ÜmumAvropa Qadın Rəsamlar Assosasiyasının, Rəssamlar İttifaqının üzvü Nərminə Vəliyeva və tələbələrinin "Rəngli duyğular" rəsm studiyasının iştirakı ilə baş tutacaq.
Sərgidə 30-a yaxın rəssamın 150-də artıq rəsmi nümayiş olunacaq. Sərgilənən işlər ABŞ, Fransa, İtaliya, Polşa, BƏƏ və digər ölkələrdə müxtəlif tanınmış sərgi salonlarında nümayiş olunub.