“12 yaşımda anamın kim olduğunu öyrəndim” - Naibə Allahverdiyeva
13:21 14.03.2021
Mədəniyyət
704
Xalq artisti Naibə Allahverdiyeva şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
“ATV maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olan aktrisa anası ilə bağlı etiraflar edib. O, aparıcı Ruslan Ağayevin “Necə olub ki, doğma ananızı 12 yaşında tanımısınız” sualına belə cavab verib:
“Atam anamdan ayrılmışdı. O, vaxtlar atamı çox sevirdi. Ona dəli kimi aşiq idi. Anam atamı 25 il gözlədi. Lakin xəstəliyə düçar olduğuna görə bizi atama verib. Atam da bacımı yanında saxladı. Məni də bibimə verdilər. Anam yanıma gəlib-gedirdi, amma bilmirdim ki, o mənim anamdır. O qədər gözəl idi ki, gözəlliyinə vurulmuşdum. İldə bir iki dəfə yanıma gəlirdi. Gələndə mənə yemək bişirirdi, paltarlar alırdı. Hansısa bir hiss məni ona çəkirdi. Fikirləşirdim ki, görəsən niyə bu qadına qarşı içimdə qəribə duyğu var? Elə bil anam olduğunu hiss edirdim. Ona qarşı içimdə həm sevgi, həm də nifrət var idi. Sual verirdi ki, məni çox istəyirsən? Deyirdim ki, yox. Sonra 12 yaşım olanda onun anam olduğunu dedilər. Həyat elə gətirdi ki, anamın yanına getdim. Amma bibimi çox sevirəm. Çünki məni o, böyüdüb. Onu anam bilirdim. Hələ də bibimi unutmamışam”.
N. Allahverdiyeva daha sonra anasını bağışladığını bildirib:
“Amma içimdən bir hiss mənə sual verirdi ki, anam məni niyə atıb? O hiss məndən heç vaxt getmirdi. Bəzi insanlar var ki, övladlarını atırlar. Uşaqları necə? Nə cür? Hansı şəraitdə böyüyür bilmirlər. Sonra qocalanda gəlib deyirlər ki, sən mənim övladımsan. Analar var ki, görürəm uşaqlarını necə əzizləyirlər. Mən həmişə deyirəm ki, ana, ata məhəbbətinin həsrətini çəkmişəm. İnsanın xoşbəxtliyi onun uşaqlıq dövründən başlayır. Uşaq ikən ata, ana sevgisi görürsə, o, artıq xoşbətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol