Xalq artisti Ramiz Novruzun vida mərasimi evində baş tutub.
Mərasimin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutması gözlənilirdi.
"Sherg.az" xəbər verir ki, aparıcı, jurnalist Murad Əzimzadə bu barədə Feysbukda status yazıb. Aparıcı vida mərasiminin "AzDrama"da keçirilməməsinə etiraz edib:
"Niyə aidiyyəti qurum mədəniyyət və incəsənət xadimləri üçün vida mərasimini təşkil edə bilmir?!
O boyda sənətkar itirmişik, amma vida mərasimi yaşadığı evin həyətində baş tutur! "AzDrama"nın səhnəsində, aktyorlar evində vida mərasimi təşkil etmək olardı!
Bunun üçün kimsə göstəriş verməlidir və ya mərhumun ailəsi ağır gündə sizə ağız açmalı idi?!
Dəyər verin sənətkara, ağlı olana, sözünü deyənə, dəyər verin!
Ruhunuz şad olsun, Ramiz müəllim!".
Qeyd edək ki, xalq artisti Ramiz Novruz fevralın 21-i gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.