Türkiyənin dünyaca məşhur “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın ifa etdiyi “Ay Laçın” xalq mahnısını paylaşaraq Zəfər günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
O, fikirlərini izləyiciləri ilə bölüşərək bunları yazıb:
" PUA-larla qazanılan ilk qələbə kimi tarixə düşən Azərbaycanın Qələbəsini təbrik edir, şəhidlərimizi rəhmətlə yad edirəm.
Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman bir olmağa davam edəcəyik".
Sözügedən ifanın videosunu təqdim edirik:
https://fb.watch/ocsi45mAE8/?mibextid=RUbZ1f