Çingiz Abdullayev: Ədəbiyyat üzrə Nobelə verəcəyimiz namizədi gərək qonşu ölkələrdə də tanısınlar

Fizika, kimya və digər nominasiyalar üzrə Nobel mükafatı alanların 90 faizinin kitabları ingilis dilində olub.
APA xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Xalq yazıçısı Çingiz Abdullayev "Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" adlı konfransda deyib.
"Şamaxıdakı Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri dedi ki, dünyada çıxan elmi məqalələrin 80 faizi ingilis dilində olur. Bu rəqəmlər boşuna deyil, - o deyib.
Çingiz Abdullayev qeyd edib ki, bizim ədəbiyyat üzrə Nobelə verəcəyimiz namizədi gərək qonşu ölkələrdə də tanısınlar: "Biz yazırıq ona görə yox ki onu gizlədək. Yox. Biz yazırıq ki, onu oxusunlar".