İstanbulda beynəlxalq elmi konfrans keciriləcək Simpoziuma Azərbaycan alimləri də qatılacaq

İstanbul universiteti, Türkiyyat Araşdırmaları İnstitutu bu ilin noyabrın 23-ü və  24 -ü  tarixləriində "Uluslararası Türk xalqlarının mühacirət ədəbiyyatı"  mövzusunda beynəlxalq elmi konfrans kecirəcək. 

Sherg.az xəbər verir ki, İstanbul iniversitetinin Ədəbiyyat fakültəsində keçiriləcək iki günlük elmi simpoziuma Türk Cümhuriyyətlərinin müxtəlif ali məktəblərindən, elm- tədris  mərkəzlərindən və xeyli sayda müstəqil  tədqiqatçılar qatılaçaq. Simpoziumun açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Mahmudov,  Türkiyə Böyük Millət Məclisinin üzvü, İstanbul millət vəkili Şamil Ayrım , Azərbaycan millət vəkili Rəfael Hüseynov,  İraq Türkmən Cəbhəsi Kərkük millət vəkili Ərşad Salihi, Azərbaycanın İstanbul konsulu Nərminə Mustafayeva , İstanbul universitetinin rektoru professor Osman Bülənt Zülfükar və digər fəxri qonaqlar cıxış edəcəklər. Geniş tərkibdə simpoziuma qatılacaq Azərbaycanın müxtəlif ali məktəblərinin, elmi tədqiqat mərkəzlərinin alimləri mühacirət ədəbiyyatının müxtəlif istiqamətləri barədə araşdırmalarını elmi toplantı iştirakçılarına təqdim edəcəklər.
Qeyd edək ki, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı simpoziumun işinə qatılb milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin övladı, ömrünü mühacirətdə başa vuran Səffət Məlik Zərdabinin həyatı, fəaliyyəti, çapında iştirak etdiyi mühacir nəşrlər və publisistik irsi barədə geniş təqdimatla cıxış edəcək.