Əməkdar artist Rəşad İlyasov "Bu şəhərdə" komandası ilə birlikdə Özbəkistana gedib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və ssenarist-prodüser Müşviq Abbasovla şəhər gəzintisindən fotolar paylaşıb.
O, şəkillərə "Daşkənddən salamlar" sözlərini yazıb.
Qeyd edək ki, "Bu şəhərdə" komandası ötən gün Daşkənddə konsert verib.