Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti təsdiq edilib.
APA xəbər verir ki, İdarə Heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 30-dan çox nəfərin adı təsdiqlənib.
Rejissor Oqtay Mir Qasımın İdarə Heyətində təmsil olunması təklif edilsə də, birləşmənin əleyhinə səs verdiyi üçün ümumi etirazlardan sonra qərara alınıb ki, konfransdan sonra onun öz fikri alınsın.
Eləcə də Əbdül Mahmudovun adı da İdarə Heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib.
Rejissor Zamin Məmmədov isə İdarə Heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə üzvlükdən çıxdığını bəyan edib.
***
Azərbaycandakı kino ittifaqları rəsmi surətdə birləşib, yeni yaradılan kino ittifaqının adı məlum olub.
APA xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.
Bundan sonra isə səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.
Qeyd edək ki, yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə səs verib.