"Mən bu gün kino ittifaqlarının bir yerdə olmağına şadam. Bu, mənim arzum idi. Yaxşı ki, bu arzum həyata keçdi".
Bakupost.az xəbər verir ki, bunu kino ittifaqlarının birləşmə konfransında Xalq artisti Şəfiqə Məmmədova bildirib.
O, qeyd edib ki, kino itifaqlarının birləşməsində böyük rolu olub:
"Bu məsələdə mənim rolum danılmazdır. Bu gün konfransın gedişatı, iştirakçıların fəallığı çox gözəldir. Mən namizədliyimi irəli sürdüyü üçün rəhbərlik etdiyim ittifaqa minnətdaram. Amma qərarımı açıqlamaq istəyirəm. Bu gün konfransda sədrliyə namizəd kimi iştirak etmək istəmirəm".