Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTOLAR

10 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən bayram tədbirini İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov idarə edib. Qonaqları salamladıqdan sonra o, bütün teatrsevərləri Milli Teatr Günü münasibəti ilə təbrik edib. Sonra Azərbaycan Teatrının keçmişi və bu günü haqqında danışıb. Qeyd edib ki, «Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 01 mart tarixli Sərəncamına əsasən artıq 12 ildir ki, ölkəmizdə Milli Teatr Günü rəsmi şəkildə qeyd olunur. Teatra, teatrda çalışanlara dövlət qayğısı günbəgün artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir». 
Tədbir iştirakçılarına Azərbaycan teatrının keçmişini və bu gününü əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib. Xalq artisti Heydər Anatollu, Akademik Musiqili Teatrının aktyorları Hüseyn Əlili və Gültac Əlili öz mahnıları ilə, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları məzəli parodiyalarla teatr xadimlərini təbrik ediblər.    
Çıxışlararası bu il yubiley yaşı tamam olan, teatr sahəsində uğur qazanan sənətçilər mükafatlandırılıb, həmçinin "BAXIŞ-4" festivalının nəticələri açıqlanıb. 

«SƏNƏTKAR» medalı ilə təltif olunanlar:
1. Xalq artisti Şükufə Yusupova – (Milli Teatr)
2. Xalq artisti Firudin Məhərrəmov – (Sumqayıt Teatrı) 
3. Əməkdar artist Azad Şükürov – (ADMİU)
«QIZILGÜL» mükafatı ilə təltif olunanlar:
1. Naidə İsmayılzadə (direktor) – (Gənc Tamaşaçılar Teatrı)
2. Əməkdar artist Kübrabəyim Əliyeva  
3. Xalq artisti Fatma Mahmudova – (Musiqili Teatr)
4. Əməkdar artist Səmayə Musayeva – (Musiqili Teatr)
5. Elmira Kərimova (AzTXİ)
6. Məlahət Manafova (AzTXİ)
7. Xatirə Babayeva – (AzTXİ)
8. Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova – (Salyan Kukla Teatrı)
9. Əməkdar artist Növrəstə Haşımova – (Sumqayıt Teatrı)

Fəxri fərmanla təltif olunanlar:
1. Xalq artisti Siyavuş Kərimi – (Milli Konservatoriya)
2. Əməkdar incəsənət xadimi İlham Rəhimli 
3. Xalq artisti Azər Zeynalov – (Milli Konservatoriya) 
4. Xalq artisti İlham Namiq Kamal – (Musiqili Teatr)
5. Xalq artisti Mərahim Fərzəlibəyov 
6. Xalq artisti Valeh Kərimov 
7. Xalq artisti Qabil Quliyev
8. Əməkdar artist Loğman Kərimov (Şuşa Teatrı)
9. Xalq artisti Hüseynsəfa Mirzəhəsənov – (Rus Dram Teatrı)
10. Xalq artisti Məzahir Süleymanov – (Sumqayıt Teatrı)
11. Hacıbaba Məmmədov – (Milli Teatr)
12. Dilbər İsmayılova (rejissor assisenti) – (Milli Teatr)
13. Əməkdar artist Nəsibə Eldarova – (Gənc Tamaşaçılar Teatrı)
14. Əməkdar incəsənət xadimi Qəmər Məmmədova 
15. Ələsgər Muradxanlı (truppa müdiri) – (Gənc Tamaşaçılar Teatrı)
16. Əməkdar artist Azad Məmmədov – (Şuşa Teatrı)
17. Əməkdar artist Asif Şirinov (baş rejissor) – (Füzuli Teatrı)
18. Əməkdar artist Rafiq Mirzəyev (baş rejissor) – (Salyan Kukla Teatrı)
19. Məhərrəm Musayev (aktyor)  
20. Nazim Kərimli – (AzTXİ)
21. Əməkdar artist Qasım Nağı – («Yuğ» Teatrı)
22. Əməkdar artist Əhməd Salahov – (Bələdiyyə Teatrı)
23. Çingiz Novruzəliyev (aktyor) – (Şəki Teatrı)
24. Ellinaz Balaşova (baş rəssam) – (Füzuli Teatrı)
25. Leri Sioşvili (rejissor) – (Qax Gürcü Teatrı)
26. Fəxri mədəniyyət işçisi Araz Mehrabov (aktyor) – (Qax Kukla Teatrı)
27. Azər Kərimov (aktyor) – (Qax Kukla Teatrı)
28. Saqif İsgəndərov – (Qazax)
29. Səyyad Məmmədov (baş rəssam) – (Qazax Teatrı)
30. Fəxri mədəniyyət işçisi Həsrət Nəsrullayev (aktyor) – (Qusar Teatrı)
31. Əjdər Zeynalov (aktyor) – (Sumqayıt Teatrı) 
32. İsmayıl Atakişiyev – (Bələdiyyə Teatrı)

“ÜMİD” mükafatı ilə təltif olunan:
Ümid Abbaszadə - (Sumqayıt Teatrı)

Turan Etibaroğlu