Azərbaycanın təndir və çörəkbişirmə sənəti UNESKO siyahısına daxil edilib

Azərbaycanın təndir və çörəkbişirmə sənəti UNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Sherg.az xəbər verir ki, bu barədə qərar UNESKO-nun Paraqvayın Asunsyon şəhərində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 19-cu sessiyasında verilib.

Sessiya dekabrın 7-dək davam edəcək.