
Parlamentari: Sülh danışıqlarına ən böyük əngəl sərhəddədir
Yusif Nəzərli
01:32 12.03.2025
Aktual
581
Avropa İttifaqının "müşahidə missiyası" bölgədə kəşfiyyatla məşğul olur
Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparıblar. Martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb. Ötən gün isə Qazax rayonu ilə həmsərhəd ərazidə olublar. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıblar.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır. Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Avropa İttifaqının "müşahidə missiyası"nın Azərbaycanla şərti sərhədlərə gələrək təxribatlara cəhd etdiklərinin dəfələrlə şahidi olmuşuq. Deputat qeyd edib ki, Azərbaycan tərəfi haqlı olaraq Aİ-nin "müşahidə missiyası"nın casusluqla məşğul olduğunu söylədikdə, bunu qəbul etmək istəmirlər:

"Avropa İttifaqının missiyası kəşfiyyatçılıq etmirsə, sərhədimizdə nə işləri var? Deməli, bölgədə kəşfiyyatla məşğul olurlar. Narahatedici məqam həm də odur ki, missiyanın Ermənistanda qalma müddəti 2 il uzadıldı. Missiyanın say tərkibinin artırılması da planlaşdırılır. Missiyanın bölgəmizdəki bu yöndə fəaliyyəti qəbuledilməzdir. Azərbaycan tərəfi məsələyə birmənalı mövqeyini dəfələrlə bildirib. Xüsusən, vurğulamaq lazımdır ki, sülh danışıqlarının getdiyi, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin irəlilədiyi zamanda belə bir missiyaya ehtiyac yoxdur. Artıq faktdır ki, Avropa İttifaqının missiyası regionda tam fərqli işlərlə, narahatedici fəaliyyətlə məşğuldur. Əgər düşünürlərsə ki, bu cür əməllərlə nəyəsə nail olmaq mümkündür, yanılırlar. Onlar öz məqsədlərinə çata bilməyəcəklər. Yaxşı olar ki, Ermənistan hökuməti bu oyunun iştirakçısı olmasın və Aİ missiyasının fəaliyyətinə son qoysun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət