Vens ABŞ-nin problemlərinin əsas səbəbini qeyri-qanuni miqrant axınında görür
02:34 29.08.2025
Dünya
295
ABŞ-yə qeyri-qanuni miqrantların kütləvi axını ölkənin hazırkı problemlərinin əsas səbəblərindən birinə çevrilib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
"Hesab edirəm ki, hakimiyyət on milyonlarla dəvət olunmamış insanı ölkəyə gətirəndə özünü vahid ölkənin bir hissəsi kimi hiss etmək çox çətin olur. Bu həmçinin işçi sinfinin maaşlarına da mənfi təsir göstərir. Və nəhayət, bu, (qeyri-qanuni miqrasiya - red.) cinayətkarlığın və narkotik istifadəsinin artmasına gətirib çıxarır", - deyə Vens qeyd edib.
O, oxşar problemin Avropada da mövcud olduğunu deyib və oradakı senzura məsələsinə xüsusi diqqət çəkib:
"Avropada baş verənlər ABŞ-yə, ABŞ-də olanlar isə Avropaya təsir edir. Düşünürəm ki, bir addım geri çəkilib deməliyik ki, Qərb – yəni Avropa və ABŞ – açıq sərhədlərə və senzura mədəniyyətinə həddindən artıq öyrəşib. Hesab edirəm ki, Donald Tramp göstərdi ki, başqa yolla gedərək – sərhədləri bağlayıb söz azadlığını gerçəkdən təmin etməklə ölkələri yenidən canlandırmaq olar".
O həmçinin vurğulayıb ki, bəzi Avropa ölkələrində ideyaların müzakirəsi əvəzinə, bəzi liderlər öz vətəndaşlarına senzura tətbiq etməyə üstünlük verirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Qara dənizdə 5 dronun zərərsizləşdirildiyini açıqlayıb
12:49 11.07.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
12:43 11.07.2026
Ekologiya
İran: Müharibə elm infrastrukturuna 300 milyon dollar zərər vurub
12:30 11.07.2026
Gündəm
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Ucarda suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
12:08 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya