“Avroviziya”da milli kadrlara üstünlük verməliyik"
Yusif Sultanoğlu
09:23 27.05.2021
Mədəniyyət
1745
Fuad Əlişov:"Bu, Avropa izləyicisini Azərbaycan mədəniyyəti ilə yaxından tanış edəcək"
"Məqsəd evə qələbəni gətirməkdən çox, Azərbaycanın musiqili özünəməxsusluğu ilə ad qazandığı beynəlxalq podiumda milli mənsubiyyətimizi incəsənətlə çatdırmalıyıq"
“Fikrimcə, istedadlı gənc ifaçı Samirə Əfəndinin topladığı xaldan asılı olmayaraq, ölkəmiz üçün qürurverici bir an yaşandı. O da Eldar və Nigarın milli münsiflər heyətinin qiymətləndirməsini elan edərkən 10 il əvvəlki qalibiyyətimizi milyonlarla izləyiciyə xatırlatması idi”.
Bu sözləri “Şərq”ə açıqlamasında rejissor Fuad Əlişov deyib. O, “Avroviziya-2021” mahnı müsabiqəsindən danışıb və bunları söyləyib:
“Yarım əsrə yaxın tarixi olan beynəlxalq musiqi yarışmasında cəmi 13 dəfə iştirak edən Azərbaycanın uğurları digər daha təcrübəli iştirakçı ölkələrdən üstündür. Təbii ki, izləyicilər yalnız qalibləri xatırlayır. Mədəniyyətimizin müstəsna tərəfi olan vokal məktəbinin dəfələrlə “Avroviziya”da top 10-luqda yer aldığını unutmayaq. Son nəticəyə görə, məyus olanlar nəzərə almalıdır ki, “Avroviziya”dakı tarixçəmiz nailiyyətlərlə doludur. “Eurovision” musiqi meydanı olması ilə yanaşı həm də siyasi arenadır. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfər bizim üçün bütün beynəlxalq tədbirlərə yeni baxış bucağı açdı. Düşünürəm ki, ictimai səsvermədə bu həssaslıqlar özünü büruzə verdi”.
F.Əlişov onu da əlavə edib ki, milli münsiflər heyətinin tərkibində vokal, bəstə, xoreoqrafiya, rejissorluq və digər sənətlərdən peşəkar üzvlər olub:
“Biz, səs verərkən, ifaçıların nömrəsini professional şəkildə təhlil edib nəticə çıxarırdıq. Təəssüf ki, “İctimai” TV ilə səsvermənin məxfiliyi haqda imzaladığım müqaviləyə əsasən, rəylərimizə dair təfərrüatları geniş açıqlaya bilməyəcəm. Bildirim ki, burada ilk iştirakım mənə maraqlı təcrübə qazandırdı.
Həmçinin “Avroviziya”da gələcək iştirakımızla bağlı bəzi yeni ideyalar verdi. Nəzərə alsaq ki, Azərbaycan iştirakçıları bu müsabiqənin olimpini çoxdan fəth edib.
Ölkəmizə yarışmaya ev sahibliyi etmək şərəfini qazandırıb və Avropa qitəsində bir musiqi brendi kimi tanınıb. Məncə, gələcəkdə təmsilçilərimizin nömrələri ilə bağlı daha milli ruhlu eksperimentlər ortaya qoya bilərik. Onu da xatırladım ki, Azərbaycanın “Avroviziya”dakı ilk və uğurlu çıxışında səslənən mahnının müəllifləri gözəl xanımlarımız Gövhər Həsənzadə və Zəhra Bədəlbəyli olub. İstərdim ki, gələcək illərdə biz müsabiqəyə hazılaşarkən milli kadrlarımıza daha çox yer verək. Bu, Avropa izləyicisini Azərbaycan mədəniyyəti ilə yaxından tanış edəcək. Səhnə peşəkarlarımız üçün də yaxşı məktəbə çevriləcək.
Bundan sonra məqsəd evə qələbəni gətirməkdən çox, Azərbaycanın musiqili özünəməxsusluğu ilə ad qazandığı beynəlxalq podiumda milli mənsubiyyətimizi incəsənətlə çatdırmalıyıq. Beləliklə şou-biznes sahəsində yeni dünya səviyyəli peşəkarlar məktəbi formalaşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə