İntibah dövrünün dahisi Michelangeloya aid 514 yaşlı nadir eskiz, Christies Nyu - Yorkda 29,3 milyon dollara satılıb.
Sherg.az xəbər verir ki, qırmızı tabaşirlə çəkilmiş bu əsər, Sistine Şapeli tavanındakı “Libyalı Sibylla” üçün hazırlanıb və 1511-1512-ci illərdə yaradılıb. Ekspertlər əsərin orijinal olduğunu təsdiqləyib.
Əsərin ilkin qiyməti 1,5-2 milyon dollar arası təxmin edilmişdi, lakin satış rekord səviyyəyə çatdı. Michelangelo’ya aid yalnız 600 eskiz məlumdur və onların çoxu muzeylərdə qorunur.
Michelangelo məşhur İtalyan rsənətkarının adıdır. Tam adı Michelangelo Buonarroti (1475–1564) olub və o, heykəltəraşlıq, rəssamlıq, memarlıq və şeirlər sahəsində böyük uğurlar qazanmışdır. Onun ən məşhur əsərlərinə Sistine Şapeli tavan rəsməri, Davit heykəli və Pieta daxildir.