Azərbaycanlı kinorejissorlar birləşdilər
14:08 27.01.2020
Mədəniyyət
1297
Bir qrup kino adamı Azərbaycan kinosunun inkişafı naminə “Müstəqil Kino Platforması” təsis edib. Bu barədə məlumat verən rejissor Elvin Adıgözəl bildirib ki, o özü, Aygün Aslanlı, İntiqam Hacılı, Hacı Səfərov, Səbuhi Məmmədov və digərləri – səlahiyyətli orqanlara "ölkədə az büdcəli, müstəqil qeyri-kommersiya filmləri" ilə bağlı konsepsiya hazırlayaraq müraciətdən sonra bununla kifayətlənməmək və yerli kinomuzda ciddi dəyişikliklərə nail olmaq üçün fəaliyyətlərini genişləndirməyə qərar verib və bu məqsədlə də Müstəqil Kino Platforması təsis ediblər.
Müstəqil Kino Platformasının məramnaməsində deyilir: "Bu gün dünya kino industriyası sürətlə inkişaf edir, Azərbaycan kinosu isə hələ də qlobal kino mühitində gedən proseslərlə ayaqlaşa bilmir. Biz hələ də kino sənayemizi formalaşdıra bilməmişik. Məsələ ilə bağlı illərdir müzakirələr aparılsa da, islahatla bağlı təkliflər irəli sürülsə də, prosesi dəyişəcək heç bir uğurlu nəticə yoxdur. Bir neçə filmin dünyadakı film festivallarına çıxması, hansısa uğur qazanması epizodik xarakter daşıyır və ölkəmizdə kinoindustriyanın formalaşmasına, kino adamlarının hamısına bərabər şərtlər təmin edilməsinə heç bir təsiri yoxdur.
Mədəniyyət Nazirliyinin balansında olan “Nizami” Kino Mərkəzini nəzərə almasaq, hazırda ölkəmizdə kinoteatr adına yalnız ticarət mərkəzlərində yerləşən kinosalonlar fəaliyyət göstərir. Onların repertuarları isə çoxbüdcəli yerli və xarici kommersiya filmlərindən ibarətdir. Bu hal həm fərqli üslubda film çəkənlərin platformasızlığına, həm də ölkəmizdəki istedadlı prodüserlərin, rejissorların və digər sənət adamlarının çarəsiz vəziyyətə düşməsinə səbəb olur.
Müstəqil Kino Platformasının yaradılmasında məqsəd ölkəmizdə kinonun inkişafı istiqamətində prosesi hərəkətə gətirmək, dünya kinosu ilə ayaqlaşa biləcək kinoindustriya yaratmaqdan ötrü gərəkli islahatların aparılmasına nail olmaqdır. Müstəqil Kino Platforması - ölkəmizdə normal kino industriyasının olması, qeyri-kommersiya filmlərinin istehsalı anlayışının ortaya çıxması, kino sahəsində çalışanların müstəqil, maneəsiz şəkildə fəaliyyət göstərməsi, təkcə kütləvi tamaşaçıya ünvanlanmayan, eyni zamanda Azərbaycan kinematoqrafiyasına töhfə verəcək filmlərin çəkilməsi və bilet satışları təmin edilməklə kinoteatrda göstərilməsi üçün çalışan, kinomuzun sözün əsl mənasında inkişafına xidmət edən konsepesiyaları dəstəkləyən bir qrup müstəqil kinematoqrafçı tərəfindən təsis olunub. Məqsədimiz “Müstəqil Kino Platforması” altında təşkilatlanmaq, dünyəvi tələbatlara cavab verən kino sənayesi qurmuş ölkələrin təcrübələrini öyrənmək və onların ölkəmizin şərtlərinə uyğunlaşdırılaraq tətbiqinə nail olmaq, müasir qeyri-kommersiya kinosunun istehsalı, ölkədaxili prokatı və satışını, azbüdcəli filmlərin istehsalının kütləviləşməsini təmin etmək, kino adamlarının yaradıcı fəaliyyətlə məşğul olmaları üçün normal şəraitin əldə olunması uğrunda mübarizə aparmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil