Əfsanəmizin yadigarı Moskvaya gedir – Xalq artistinin yaradıcılıq gecəsi keçiriləcək
10:58 29.01.2020
Mədəniyyət
1185
Moskvada, Elm Mərkəzinin Alimlər Evində, fevralın 7-də Azərbaycanın Xalq artisti, professor Cahangir Novruzovun yaradıcılıq görüşü keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə gənc aktyorlar və Xalq artistinin yaradıcılığını daimi olaraq izləyən şəxslər iştirak edəcəklər. Aktyor öz rolları, filmləri, tamaşaları barədə danışacaq, gənc həmkarları ilə təcrübəsini bölüşəcək.
Cahangir Novruzov Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının Xalq artisti (2018), Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professorudur.
O, Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) Rejissorluq fakültəsini bitirib.
1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət Adamlarını Təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in Xalq artisti professor A.Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A.Efrosa assistentlik edib.
1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G.Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb.
1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəriylə birincilik mükafatını qazanıb. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanmış "Olum ya Ölüm" tamaşası ilə birincilik mükafatı qazanıb.
1995-ci ildə Türkiyəyə Universitetdə dərs demək üçün dəvət olunub. Hazırda Türkiyənin Adana şəhərində Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
Azərbaycanın Xalq artisti Nəsibə Zeynalova və musiqi müəllimi Mütəllib Novruzovun oğludur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə