Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb

Bu ilin səkkiz ayı ərzində ölkədə 40191 ölüm halı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.