Elçin Əfəndiyev: Türkiyə bizim üçün xaric deyil
17:26 14.11.2021
Mədəniyyət
557
Artıq üç gündür İstanbuldayam və hər gün elə bil Azərbaycanın küçələrində gəzirəm. Məni tanıyan, tanımayan hər kəs salam verir, görüşür. Çünki bizim Zəfər bayramımızın ildönümü və bu şanlı Zəfəri bütün Türkiyə bizim kimi qarşılayır, qeyd edir. Hara zəng etsəm, ilk olaraq təbrikləri eşidirəm və qarşılıqlı təbrik edirəm. Bu, əlbəttə ki, çox fəxarətli, qürurverici hadisədir.
Bu fikirləri İstanbulda AZƏRTAC-a müsahibəsində Xalq yazıçısı Elçin Əfəndiyev ifadə edib.
Birinci “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında iştirakı haqqında danışan yazıçı deyib: “Festival çərçivəsində hər tədbirdə Azərbaycanın adı çəkilirdi, hər kəs bizi təbrik edirdi. Azərbaycanın kino sahəsinə müxtəlif mükafatlar təqdim edildi. Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın təşəbbüsü ilə çəkilən film xüsusi qeyd edildi və Arzu xanım xüsusi mükafata layiq görüldü. Bu bayram davam edir. “Dədə Qorqud” kamera orkestrinin ifasında Zəfərimizin birinci ildönümü və dahi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə İstanbulda Azərbaycan musiqiləri səsləndi. Bu konsertlər keçmişlə bu günün vəhdətini çox gözəl ifadə edir. İnsan fəxr edir. Baxdıqca Zəfərimiz, Azərbaycan mədəniyyəti, xalqımızın igidliyi, respublikamızın dünya ictimaiyyətində bərqərar olması və Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevlə fəxr edirik. Prezidentimiz və Vətənimiz ölkəmizdə olduğu qədər, qardaş Türkiyədə də çox sevilir, rəğbət bəslənilir. Bunu konsertdəki alqışlarda da, musiqimizin qarşılanmasında da gördük. Azərbaycan musiqisi, ölkəmizdən xaricdə, təbii ki, Türkiyə bizim üçün xaric deyil, amma Avropa, ABŞ-da da çox sevilir. Mən xaricdəki konsertlərimizdə iştirak etmişəm. Bu musiqinin özü insana qürur, fəxarət hissi yaşadır. İnsan bu musiqini yaradan xalqın, sənətkarların diyarından gəldiyi, Azərbaycan xalqının nümayəndəsi olduğu üçün fəxr edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət