Flora Kərimova ad gününü kədərlə andı
Yusif Sultanoğlu
06:02 24.07.2020
Mədəniyyət
1563
"Son hadisələr ümid verir ki, Şuşamı, Ağdamı, Qarabağımı görə biləcəm"
İyulun 23-ü dəyərli sənətkarımız, yaşayan əfsanə Flora Kərimovanın ad günüdür.
Bizə ehtiyac qalmadan Flora xanım özü bu barədə ürək sözlərini qələmə alıb.
Sherg.az xəbər verir ki, xalq artisti rəsmi feysbuk səhifəsində status yazıb: “Bu gün Ağdamın işğalından 27 il ötür! Anası qarabağlı olan mənim ad günümü unutduğum gündür! 27 ildir bu ağrı mənim, millətimin təqvimindədir.
Bir ana övladının yoxluğuna ağlayırsa, bir övlad atasız qalıbsa, ürəyim sevinə, üzüm gülə bilməz! Haqqım yoxdur! Bağışlayın məni!
Bağışlayın ki, yazılan hər xoş sözünüzə, yazınıza, sayğınıza tək-tək münasibət bildirmək fürsətim olmur. Ancaq sizlərə, siz-xalqa hər zaman təzimim var! Var olun!
Son hadisələr ümid verir ki, Şuşamı, Ağdamı, Qarabağımı görə biləcəm. O zəfər günü fərəhimə, qürurlanmağıma səbəb olacaq ki, bu acı çağlar qələbəmizlə tariximizin səhifələrində qalacaq! Qismət olsun... Öpürəm hər birinizi!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region