"Kimisə söydürmək, alçatmaq sizə zövq verir?" - Flora Kərimova
17:48 09.11.2021
Mədəniyyət
784
"Bir insan pis əmələ əl atanda ona ya Allah xofu mane olar, ya öz "Allahı" olan vicdanı! Bu bir il ərzində nə yalanlar eşitmişəm, nə şərlər görmüşəm".
Sherg.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova haqqında yalan məlumat yayan saytları tənqid edərkən deyib.
"Deyirdim ki, 81 yaşımda məni insanlıq təəccübləndirə bilməz, amma hər gün aldığım xəbərlər yanıldığımın təsdiqidir. 80 yaşımda aldığım ilk təqaüdü qazilərə bağışladım. Yazdılar ki, "yalandır", "özünü göstərir", "bu da artistlik edir" və s. Sonra Kamil Zeynallının elədiklərinin qarşılığında ona deyilənləri gördüm, dedim ki, mən şükürlüyəm.
Yeddi gün öncə bu platformadan 11 yaşlı qızın taleyinə biganə qala bilmədim, ürək sözlərimi yazdım. Olduğu kimi yayanlar da oldu.
Məni "Allahsız", "ateist", "kafir" etdiniz bəs olmadımı?! Bəs, sizin Allahınız var? Allahınıza nə cavab verəcəksiniz? Kimisə söydürmək, alçatmaq sizə zövq verir?! Kiminsə həyatını sındırmaq bu qədər asandır?! Tutaq ki, bundan 10 manat qazandınız, yaxud da kiminsə sifarişi ilə qazandınız. Vicdanınız sızlamır, haramı necə yeyirsiz? Yazdıqlarımı öz başlarına görə başlıq qoyaraq dəyişdirənlərlə məhkəmədə görüşəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət