Tahir İmanov Bəstəkarlar İttifaqına və telekanallara “OD PÜSKÜRDÜ”: “Nə vaxta kimi bu biabırçılıq davam edəcək?!”
Yusif Nəzərli
10:03 06.01.2022
Mədəniyyət
1474
“Bəstəkarlar İttifaqı hara baxır? Niyə susur? Televiziyalarda bədii şuralar nə üçün yaradılıb?”
“Bir neçə ildən sonra Şövkət Ələkbərova, Sara Qədimova, Mirzə Babayevi... əcnəbi musiqi hesab etməyə başlayacaqlar”
“Çünki onların səsi gəlmir efirlərdən, əsl Azərbaycan mahnıları, Azərbaycan musiqisi səslənmir”
“Görkəmli ifaçıları görmüşəm. Amma gənclər bilmir, eşitmir, dinləmir o musiqini. Onlara bu musiqini çatdıran telekanal da yoxdur”
“Planet Parni iz Baku” KVN Teatrınını bədii rəhbəri, əməkdar artist Tahir İmanov Bəstəkarlar İttifaqından, bədii şuralardan, telekanallardan da narazıdır. O “Sherg.az”a açıqlamasında bayağı musiqilərin efirlərdə üstünlük təşkil etdiyini söyləyib:
-2022-ci ilin “Şuşa İli” elan edilməsindən gözləntilərim böyükdür. Ən böyük istəyim, arzum isə 2022-ci ildə əsl Azərbaycan musiqisinin təbliğ olunduğunu görməkdir. Gözləyirəm ki, “Şuşa İli”ndə əsl Azərbaycan musiqisi, əsl Azərbaycan mədəniyyəti təbliğ olunsun. Təbii ki, dövlət səviyyəsində lazımi tədbirlər keçiriləcək. Bəs telekanallar? Xüsusən də özəl telekanallar nə edəcək? Bu gün teleməkanda yalnız bayağı, yüngül musiqi, bayağı mahnılar səslənir. Azərbaycan musiqisinə aid olmayan, yad bir harmoniya var.
T.İmanov Bəstəkarlar İttifaqını da sərt şəkildə qınadı, telekanllara “od püskürdü”:
-Bəstəkarlar İttifaqı hara baxır? Niyə susur? Televiziyalarda bədii şuralar nə üçün yaradılıb? Nə vaxta kimi bu biabırçılıq davam edəcək? Bir neçə ildən sonra Şövkət Ələkbərova, Sara Qədimova, Mirzə Babayevi... əcnəbi musiqi hesab etməyə başlayacaqlar. Çünki onların səsi gəlmir efirlərdən, əsl Azərbaycan mahnıları, Azərbaycan musiqisi səslənmir.
Efirə çıxanlar bir baxsınlar, Şövkət xanım səhnədə özünü necə aparırdı, Sara xanım necə geyinirdi, duruşu, ifa tərzi necə idi. Biz onları görmüşük. Şəxsən mən xalis Azərbaycan bəstəkarı nəvəsi kimi o səslərə qulaq asmışam.
Görkəmli ifaçıları görmüşəm. Amma gənclər bilmir, eşitmir, dinləmir o musiqini. Onlara bu musiqini çatdıran telekanal da yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə