Teatr qəhrəman şəhidinə yeni VİDEO ÇARX həsr etdi
11:33 15.03.2021
Mədəniyyət
674
Azərbaycan Dövlət Akademik Musiqili Teatrından cəbhəyə yollanmış şəhid Əliağa Məmmədovun xatirəsi hər zaman teatr kollektivi arasında böyük sayqı və ehtiramla yad edilir.
Teatrın gənc aktyoru, vaxtı ilə Əliağa ilə işıq sexində birlikdə çalışmış Zaur Əliyev də öz həmkarına bir videoçarx həsr edib. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərliyi ilə hazırlanan bu videoçarxda qəhrəmanımızın obrazı böyük sevgi ilə təqdim olunur və ona “İşıq adam” deyə müraciət edilir. Videoçarxın səsləndirilməsində müəlliflə yanaşı, teatrın solisti, Prezident mükafatçısı Əmrah Dadaşov da iştirak edib.
Teatrın yaradıcı heyəti Əliağanın əziz xatirəsinə ithaf olaraq bundan öncə də “Döyüşən teatr” (rej: S.Qulamov) sənədli filmini çəkmişdir.
Xatırladaq ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub. Milli qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra uşaqlıqdan məşğul olduğu "Cüdo" idman növü üzrə müxtəlif yarışlarda iştirak etmiş, medal və sertifikatlar qazanmışdır.
Sonradan peşə təhsili alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də teatrdan yola düşür.
Əliağa 6 oktyabr səhər saatlarında Tərtər -Ağdərə istiqamətində gedən ağır döyüşlərin birindəqəhrəmancasına şəhid olur. O, canı bahasına tabur komandirini qoruyur, vücudunu ona sipər edir...
Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
https://youtu.be/ZUXfJtoSfmE
Turan Etibaroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol