Xalq artisti gənclərdən DANIŞDI: "Yumoru “Stand-up” ediblər, onu da..."
09:07 12.03.2020
Mədəniyyət
1066
Son illər ölkəmizdə komediya janrında çəkilən filmlərin sayı artıb. Ümumiyyətlə, komediyaya böyük maraq yaranıb. Bu inkişaf özünü təkcə filmlərdə yox, tamaşalarda, müxtəlif verilişlərdə də göstərir. Sadəcə televiziyada deyil, sosial şəbəkələrdə gənclər fərqli mövzularda videolar çəkərək insanları güldürməyi bacarır.
“Şərq” qəzeti olaraq gənclərin bu fəaliyyəti ilə bağlı Xalq artisti, tanınmış aktyor Arif Quliyevlə həmsöhbət olduq:
-Son vaxtlar Azərbaycanda komediya janrında çəkilən filmlərin sayı artıb. Bu sahədə fəaliyyət göstərən aktyorlar da çoxdur. Məsələn, Taleh Yüzbəyovun “Oxşarabad” və “Zəhər tuluğu “ kimi qısametrajlı filmləri tamaşaçılara təqdim olunur. Gənc aktyorların fəaliyyətini necə dəyərləndirirsiniz?
- Taleh Yüzbəyov zəhmətkeş insan, gözəl sənətkardı. Belə aktyorlarımız, rejissorlarımız olmasa, seçim də az olar. Həmişə say artıq olmalıdır. Bilirsiz, bu sahədə çoxluğun heç bir ziyanı yoxdur. Çoxluqda seçim daha yerində, dəqiq və mətləbli olur.
- Bəs, vaynerlərin fəaliyyətinə münasibətiniz necədir?
- Siz vaynerlər yox, rejissorlardan danışırsınız. Məsələn, Fərda Xudaverdiyevin, Müşfiq Şahverdiyevin filmlərində bizi sevindirən əlamətlər çoxdur. İnsanlar onlara baxıb feyziyab olur. Eləcə də bir çox aktyorlar var ki, özlərini təsdiq ediblər. Rəfael İsgəndərov, Coşqun Rəhimov gözəl sənətkarlardı. Onların çəkildiyi filmlər, iştirak etdikləri tamaşalar xalq tərəfindən sevilir. Həmçinin Tahir və Cabir İmanov qardaşları intellektual səviyyəli verilişlər, tamaşalar, filmlər nümayiş etdirir. Məsələn, “Bəxt üzüyü 2” filmini İmanov qardaşları çəkib. Onlar filmdə insanların zövqünü çox gözəl oxşayıblar. Həmçinin ideyaları, proyektləri ilə tamaşaçı kütləsinin cəlb olunma məqamlarını filmdə əks etdiriblər.
- Başqa hansı aktyorların fəaliyyətini yüksək qiymətləndirirsiz?
- Elməddin Cəfərovun filmlərini bəyənirəm. Elməddinin proyektik və analitik ünsiyyət vasitələrini özündə əhatə edən filmləri çoxsaylı tamaşaçı kütləsi tərəfindən sevilərək qəbul olunur. Ümumiyyətlə, bu aktyorların məşhurlaşması, sevilməsi və onların dəqiq ifadə olunması cərəyanı xalq arasında böyük sevincə səbəb olur.
- Son vaxtlar komediya janrında çəkilən bəzi filmlər tamaşaçılar tərəfindən qınaq obyektinə çevrilir. Bu barədə nə düşünürsüz?
- Mən nə teatrşünas, nə də rejissoram. Bir aktyor kimi gördüyümə inanan, bildiyimi təsdiq edən və amil aspektinin görüntü vasitəsilə verilən şücai mərhələlərə inanaraq yanaşan bir insanam. Ola bilər, kimsə hansısa filmi bəyənməsin, izləməsin, amma mən həmin filmi qəbul edə bilərəm. Məsələn, Arif Quliyevi də hər adam qəbul edə bilməz. Təbii ki, məni də hamı sevə bilməz. Lakin xalq müasir dövrün gənc aktyorlarına öyrəşməlidir. Necə ki, bir vaxtlar məni seviblər, qəbul ediblər. Bu gün də onların vaxtıdır və təsdiq mərhələsindədirlər. Gənc aktyorlara mən də inanıram. Əlbəttə, beş barmağın beşi də bir deyil. Həm də hər bir aktyorun öz tamaşaçısı var. Amma biz dəyişikliyin və inkişafın tərəfindəyik. Məşhur yunan filosofu deyib: "Hər şey dəyişir, hər şey inkişaf edir”. Əvvəllər Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Siyavuş Aslan və bir çox sənətkarlarımız mənim müəllimim olub. İndi komediya başqalaşıb, dəyişib. Bu dəyişikliklərin əlamətləri odur ki, gənclərin əksəriyyəti özünü təsdiq edib. Tamaşaçıların qınağına bir söz deyə bilmərəm. Çünki hər insanın öz fikri var.
- Hazırkı yumorla bağlı fikirləriniz necədir?
- İndi yumorun adını dəyişib “Stand-up” ediblər. Onu da qəbul edirəm. “Stand-up”ın özü də inkişafdır. Dəqiqliklə deyirəm ki, istedadlı gənclərin sayı çoxdur.
Samirə Ərəbova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya