Xalq artisti qəzəbləndi: “Proxodnoy dvor” televiziyalarımız axmaq müğənniləri efirə çıxarır”
12:54 20.02.2020
Mədəniyyət
871
“Azərbaycanda sənət camiəsi artıq yoxdur. Yalandan iki-üç nəfər ortalıqda oynayır. Mən bunu sənət camiəsi saymıram. 45 ildən çoxdur ki, Azərbaycan mədəniyyətinə xidmət edirəm. Həyatımı yaradıcılığıma, bu sənətə bağlamışam. Bu sənət indi elə bir günə düşüb ki...”
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Rasim Balayev deyib.
Son illər çəkilən filmləri bəyənmədiyini söyləyən sənətkar bu ekran əsərlərini ərsəyə gətirən incəsənət nümayəndələrini tənqid edib:
“Heç vaxt ağlıma gəlməzdi ki, sənət bu günə qalacaq. Sənət camiəsində baş alıb gedən özbaşınalıqları ürək ağrısı ilə qarşılayıram. Hərə bir yerdə film çəkir. Bizim dövrün ənənələri yox olub. Bu gün incəsənət nümayəndələrinin etdikləri dırnaqarası yeniliklərə göz yuma bilmirəm. Çəkilən filmlərin əksəriyyətinin nə əvvəli, nə sonu var, baş-ayaqdır. Filmi izləyəndə nə demək istədiklərini başa düşmək olmur. Bunlarla barışa bilmirəm. Şeirin, romanın, poemanın, hekayənin, əsərin, filmin bir mənası olmalıdır. Müəllif oxucuya, dinləyiciyə, tamaşaçıya hansısa bir fikri çatdırmalıdır. İki saat bir filmi izləyirsən, amma sona qədər də başa düşə bilmirsən ki, burada nə demək istəyiblər. İzləyib görürsən ki, heç nə yoxdur. Bir sözlə vaxt itkisidir. Güman etmirəm ki, indi elə bir film çəkilsin ki, azərbaycanlı tamaşaçının diqqətini çəksin”.
R.Balayev sənətdən incidiyini, hətta küsdüyünü belə açıq şəkildə etiraf edib:
“Küskünlüyüm sənətimdən ayrı düşməyimdir. Bütün bunları görəndə adam depressiyaya düşür, ruh düşkünlüyünə qapılır. İstəyirdim ki, bu yaşlı vaxtımda film və seriallarda yaşlı obrazlar yaradım. Amma buna da şükür. Zamanında işlədim. Dünya bir pəncərədir. Hərənin bir baxış bucağı var. İstəməzdim ki, sənəti bu günə salsınlar və bunlara şahidlik edim.
Bu sənətə gələndə heç bir şey məni maraqlandırmırdı. Nə avtomobil, nə villa. Bu saat televizoru açırsan, hərə özünü bir yolla reklam edir. Biri bahalı həyatını, biri də var-dövlətini efirə çıxarır. Sənətləri isə sıfır. Gör bunlar nələrlə fəxr edirlər. Mənə çatmır belə şeylər. Biz mənəviyyat adamı olmuşuq. Yaradıcılıq atmosferi olmayanda insanın işləməyə həvəsi olmur. Bəzi insanlar deyir ki, maşınım, evim, villam olsun, bəsimdir. Düşünürəm ki, bu lazımdır. Amma bundan daha vacib görülən işlər, o işlərlə yaşamaq, zövq almaqdır. Biz başqa cəmiyyətdə, başqa həyat prinspiləri ilə yaşamışıq”.
Xalq artisti opera ifaçısı Yüsif Eyvazovun səsinə, onun böyük sənətinə heyran olduğunu bildirib:
“Dünyəvi sənətkar Alim Qasımov, Yüsif Eyvazovdur. Yusif Eyvazovun konsertlərini göz yaşı ilə dinləyirəm. Onun səsi Pavarottidən geri qalmır. Gözəl səsi və sənəti var. Amma əfsuslar olsun ki, onu azərbaycanlı tamaşaçısı tanımır. Bundan dəhşətli bir şey yoxdur. Onunla görüşmüşəm, çox sadə insandır. Ümümiyyətlə, sənəti böyük olanlar çox sadə olurlar. Onlar elə bir zirvədədirlər ki, heç nə ilə lovğalanmırlar, çünki mənəviyyat insanlarıdır. Onlar adama gürur verirlər”.
R.Balayev müğənnilərin indi oxuduğu mahnılarla gənc nəslin zövqünün korlandığını bildirib. O, bu məsələdə günahı televiziyalarda gördüyünü deyib:
“Tamaşaçının zövqü körlanıb. Bizimkilər şit, bayağı müğənniləri daha çox tanıyırlar. Bunun ən böyük günahı televiziyalarımızdadır. Televiziya açıq qapıdır. Layiqsizlər televiziyalardadır. Bizim vaxtımızda televiziyalara layiqli insanlar çıxardı. Bu gün televiziyalarımız “proxodnoy dvordur”, “karvansaradır”. Biri pulunun gücünə, biri də bəzilərinin hesabına çıxır. Axmaq mahnılar oxuyurlar. Ən dəhşətlisi isə bu cür yollarla tamaşaçıların zövqünü körlayıblar.
Gənc nəsil axmaq müğənnilərin axmaq mahnılarını dinləyərək zövqlərini körlayır. Onlar artıq ciddi musiqini dinləyə, filmə baxa bilmirlər. Darıxırlar… Onlar istəyirlər ki, boş hır-hır olsun, mənasız və əxlaqdan kənar zarafat, söyüşlərlə dolu filmlər izləsinlər. Bu faciədir! Zövqləri yenidən formalaşdırmaq üçün isə illər lazımdır. Bu da prespektivdə yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə