Xəstəxanaya yerləşdirilən Xalq artisti: "Həkim nəzarətindəyəm, hələlik ölmürəm"
10:50 13.12.2019
Mədəniyyət
712
Hazırda xəstəxanada həkim nəzarətindəyəm. Bunu Oxu.Az-a ürəyindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Xalq artisti Ceyran Haşımova deyib.
“Hansı xəstəxanada olduğumu demək istəmirəm. Amma vəziyyətim normaldır. Təzyiqim qalxıb-düşür. Hələlik ölmürəm. Gəldiyimiz kimi, nə vaxtsa bu dünyadan gedəcəyik. Heç nədən qorxmuram.
Hələ ki, xəstəxanadayam. Çünki bir gün yaxşı, o biri gün isə pis oluram. Ona görə də nə vaxt evə buraxılacağımı dəqiq bilmirəm.
Ümumiyyətlə, bu probem çoxdan məndə var. Keçən il də xəstəxanada yatmışam. İldə iki dəfə xəstəxanada müalicə almalıyam. Bu il tənbəllik edib getmədim. Ona görə, halım pisləşdi. Problemim sırf ürəklə, vitamin və qida çatışmazlığı ilə bağlıdır. Yaş öz sözünü deyir. Artıq 85 yaşım var”, - deyə Xalq artisti bildirib.
Ceyran Haşımova sənət dostlarının onunla maraqlandığını qeyd edib:
“Bütün sənət dostlarım zəng etdi, mesaj yazıb dua edənlər də oldu. Hər biri məni çox sevir. Onların bu cür münasibəti və sevgisi də məni yaxşı edir. Hamısına təşəkkür edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol