Kərkinin Tiqrenaşenə, Artsvaşenin isə Başkəndə çevrilməsi üçün danışıqlar aparırıq - Simonyan

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan COP-17 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, İrəvan Kərki anklavının Ermənistan ərazisində Tiqrenaşen adlandırılması ilə bağlı Bakı ilə danışıqlar aparır.

Sherg.az xəbər verir ki, Simonyan bu barədə danışarkən Ermənistan ərazisində yerləşən Kərki kəndinin adının dəyişdirilməsi, eləcə də Azərbaycanın ərazisində yerləşən Başkəndlə bağlı məsələyə toxunub.

“Bakı ilə Kərkinin, belə demək mümkündürsə, tamamilə Tiqrenaşenə, Artsvaşenin isə Başkəndə çevrilməsi üçün danışıqlar aparırıq”, – deyə Simonyan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Kərki kəndini sovet dövründə “Azərbaycan anklavı” adlandırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl də keçmiş anklav Tiqrenaşenin Ermənistan ərazisi olmadığını dəfələrlə bəyan edib və bu yaşayış məntəqəsinin Azərbaycan dilindəki adından istifadə edib.

Tiqrenaşen strateji əhəmiyyətə malikdir. Belə ki, Ermənistanın şimalını İrəvanla, eləcə də Sünik və Vayots Dzor vilayətləri ilə birləşdirən avtomobil yolu bu ərazidən keçir. Həmin marşrutla hər gün, o cümlədən İrandan Ermənistana müxtəlif bölgələrə çoxsaylı yüklər daşınır.