Qan Turalı iddialıdır: "Digər saytlardan fərqlənəcəyik"

Yaxın günlərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə “Epiloq. Az” saytı fəaliyyətə başlayacaq.

Daha çox ədəbiyyat və mədəniyyət mövzu ilə oxucuların görüşə gələcək portalın baş redaktoru, Qan Turalı imzası ilə tanınan yazar Tural Cəfərovdur.

Bu barədə Sherg.az-a danışan baş redaktor bildirdi ki, “Epiloq.az” multimedia məhsullarına geniş yer verməsi ilə digər saytlardan fərqlənəcək:

“Çalışacağıq ki, yenilikçi olaq. Bacardığımız qədər ənənəvi media ilə yeni medianı vəhdətdə tutmağa səy göstərəcəyik. Yeni medianın əsas tələblərindən biri isə virtuallıqdır. Ona görə də multimedianın imkanlarından mümkün qədər çox istifadə edəcəyik. İnanıram ki, “Epiloq.az”-ın timsalında Azərbaycan oxucusu ölkədə ədəbiyyat sahəsində baş verən yeniliklərlə yaxından və vaxtında tanış ola biləcək”.

Kənan Novruzov