Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 26-da Rauf Əliyevin Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri təyin edilməsi Fərman imzalayıb.
Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rauf Feyzulla oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri təyin edilsin".
Qeyd edək ki , Rauf Əliyev bundan əvvəl “Şərq qapısı” qəzeti redaksiyasında baş redaktorun müavini vəzifəsində çalışıb.