“Rusiya azərbaycanlıların tam olaraq təhlükəsizliyinin təmin olunduğu ölkə deyil”.
Bunu Sherg.az-a açıqlamasında “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib.
Baş redaktor bildirib ki, il ərzində həm iş adamları, həm də sıravi soydaşlarımız arasında bu və ya digər şəkildə həyatlarını itirən, sui-qəsdlərə məruz qalanlar olur:
“Bu dəfə kriminogenlərin hədəfində azərbaycanlı jurnalistlər olub. Ancaq hesab etmirəm ki, baş verən hadisəni həmin adamların sadəcə jurnalist olması ilə əlaqələndirmək olar. Çünki Rusiyada həyat şərtləri belə situasiyaların yaşanmasına imkan yaradır. Hadisəni törədən ermənilər Rusiyada onlar üçün olan mühitdən ruhlanaraq bunu ediblər. Ona görə də bundan sonra Rusiyaya gedən, orada konkret ermənilərlə bağlı araşdırma aparan Azərbaycan jurnalistləri ehtiyatlı davranmalı olacaqlar. Bu hadisə beynəlxalq media institutlarının və jurnalist təşkilatlarını diqqətinə çatdırılmalıdır”.