Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənəd qəbulu bu gün başa çatıb.
Axar.az xəbər verir ki, sənəd qəbulu dekabrın 12-i saat 18:00-dək yekunlaşıb.
Ümumilikdə, müsabiqəyə 5 şirkət - “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC qatılıb.
Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq şirkət müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım aparacaq.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1 maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.
Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb.