Akif: Aşırlı: "Şirməmməd müəllim mətbuatımızın kecmiş ilə gələcəyini birləşdirən körpü idi"

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı sabah anadan olmasının 94-ü ilini qeyd edəcəyimiz görkəmli ictimai xadim, Cümhuriyyət dövrümüzün yorulmaz tədqiqatçısı, BDU-nun professoru Şirməmməd Hüseynov haqqında fikirlərini bölüşüb. 

Jurnalistin "Əgər mərhum xalq şairi Cabir Novruzovun təbirincə desək, Şirməmməd müəllimi sağlığında qiymət verilən şəxsiyyətlər kateqoriyasına aid etmək olarmı" sualına cavabında baş redaktor bunları bildirib:



"Şirməmməd müəllimə sağlığında hökumət  də, xalq da, ən əsası tələbələri də kifayət qədər lazımı qiymət verib, fəliyyətini yüksək dəyərləndiriblər. Şirməmməd müəllim mətbuatımızın kecmiş ilə gələcəyini birləşdirən körpü idi. Sözünün ağası olan bu şəxsiyyət, bütöv bir jurnalist nəslinin yetişməsində müstəsna xidmət göstərib. Klassika ilə müasirliyi birləşdirib, M.Ə.Rəsulzadənin siyasi ,ictimai, mətbuat irsini xalqa qaytarıb. Özü də bu gərgin fəaliyyətinin qarşılığını gözləməyib, mükafatlar ücün calışmayıb. Bu böyük müəllimin fəaliyyəti bizim ücün həmişə örnək olaraq qalacaq".