Bakı Dövlət Universitetinin (BDU) professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü münasibətlə BDU-nun Jurnalistika fakültəsinin Mətbuat Tarixi kafedrasının qarşısında barelyefi qoyulub.
Bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, Ş.Hüseynovun həyat yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova, qızı, Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Real” televiziyasının rəhbəri Mirşahin Ağayev və başqaları iştirak edib.