Media reyestrinin faydası:“Evsiz jurnalistlərin mənzillə təmin olunması...”

“Media reyestrinin ikinci böyük faydası evsiz jurnalistlərin mənzillə təmin olunmasıdır”.
Bunu “Sherg.az”a açıqlamasında “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli Media reyesterinin aparılması qaydalarının təsdiqlənməsindən danışarkən deyib.
O bildirib ki, bu reyesterlə əsil jurnalistlərin kimliyi bəlli olacaq:

“Bu vaxta qədər hər yerindən duran “mən jurnalistəm” deyirdi. İndi isə konkret şəkildə jurnalistikanın sərhədləri tanınacaq. Reyestrin formalaşması çox vacib idi. Buradakı hər şey könüllü şəkildə həyata keçiriləcək. Kim dövlətin təşkil etdiyi imtiyazlardan yararlanmaq istəsə, o da müraciət edəcək. 

Kim də istəməsə, özü bilər. Orada həmçinin ipoteka kreditlərinin verilməsi və jurnalistlərə güzəştlər nəzərdə tutulub. Bunun da kirayədə qalan və mənzilləri olmayan həmkarlarımıza böyük faydası olacaq”.