Ötən il avqustun 3-də həyata keçirilən “Qisas” antiterror əməliyyatlarından sonra düşmən 7 kiberqruplaşma ilə birgə ölkəmizin 72 informasiya resursuna intensiv DDoS kiberhücumları həyata keçirdi.
Trend-in məlumatına görə, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisi İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.
O bildirib ki, hədəflərdən 15-nin dövlət qurumu olmasına baxmayaraq, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş informasiya resurslarının fasiləsiz fəaliyyəti təmin edildi.
“Tərəfimizdən yeni qurulan müasir Təhlükəsizlik Əməliyyatları Mərkəzində belə kiberhücumların bütün gün ərzin də monitorinq olunaraq qarşısının alınması üçün tədbirlər görülür”, - deyə o əlavə edib.