Türkiyədən baxırlar: Telekanallar verlişlərin standartlarına diqqət yetirsinlər-Qulu Məhərrəmli

Üç Azərbaycan telekanalı Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub.
Trend xəbər verir ki, oktyabrın sonuna olan məlumatlarda Türkiyə izləyicilərinin izlədiyi ən populyar kanallar arasında Azərbaycanın "Xəzər TV", "AzTV" və "ARB TV" telekanalları da yer alıb.
Onlar müvafiq olaraq 21, 28 və 33-cü yerləri tutub.
Reytinqin liderləri Türkiyənin "Show TV", "Kanal D" və "TRT 1" kanalları olub. Reytinqin tam siyahısı ilə aşağıdakı ekran görüntüsündən ("skrinşot") tanış olmaq mümkündür:

Məsələyə münasibət bildirən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri  Qulu Məhərrəmli “Sherg.az” a bildirib ki, Türkiyədəki populyar telekanalların siyahısının içərisində Azərbaycan televiziyalarının olması təəccüblü deyil:                                                                                

“Ona görə ki, Türkiyədəki otellərin əksəriyyətində və evlərdə kanallarımıza baxanlar var. Bu o demək deyil ki,ən populyar baxılan kanallardı.Hər halda baxış sayı az deyil. Bu da sevindirici bir vəziyyətdir. Bizim telekanalların əksəriyyəti Türkiyə ilə müqayisədə rəqabətə girəcək gücdə deyil. Bununla yanaşı siyahıdakı 40 kanaldan fərqi olan televiziya verlişlərimiz var. Bu həm də müəyyən məsuliyyət yaradır. Bu telekanallar verlişlərin standartlarına diqqət yetirsinlər. Çünki sözügedən kanallara təkcə ölkəmizdə deyil, Türkiyədə də maraq var".