Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi 52 saytda monitorinq aparıb.
APA xəbər verir ki, nəticələr ümumiləşdirilərək kitab halında nəşr olunub.
Saytlarda qeydə alınmış 4500 dil faktından 3564-ü hesabata daxil edilib. Onlardan 1371-i orfoqrafik, 356-sı leksik, 909-u qrammatik, 928-i isə üslub və ifadə səhvləridir.
Həmçinin qeyd olunub ki, birinci monitorinqə nisbətən irəliləyiş var.