MEDİA-nın icraçı direktoru: "Azərbaycan mediası bu gün ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır"

İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın əsası hesab edir.

Sherg.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda konfransında deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev jurnalist peşəsinə daim hörmət göstərib, jurnalistlərdan dəstəyini əskik etməyib: "Ümummilli Liderin jurnalistlərin dostu seçilməsi onun jurnalistikaya diqqətinin məntiqi nəticəsi idi. Heydər Əliyevin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın əsası hesab edir".

Ə.İsmayılov bildirib ki, Vətən müharibəsində əldə olunan zəfər media sahəsində dönüş yaratdı: "Vətən müharibəsindən dərhal sonra Medianın İnkişafı Agentliyinin yaradılması mühüm addımdır. Azərbaycan mediası bu gün ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır".