Bu xanıma İTV-də yüksək vəzifə verildi

Günel Osmanova İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini təyin edilib.

Bu barədə Sherg.az-a İTV-dən məlumat verilib.

Bildirilib ki, şirkətin baş direktoru Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında bununla bağlı təklif irəli sürüb və təklif məqsədəuyğun sayılıb.

Qeyd edək ki, G.Osmanova bu təyinatadək şirkətin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışıb.