Tanınmış teleaparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb.
Titul.az xəbər verir ki, teleaparıcı azxeber-ə açıqlamasında öz istəyi ilə işdən ayrıldığını deyib:
"Bu il mənim üçün xüsusi ildir. Çünki, qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazirlaşır. Universitet seçimi, yerləşmə bunlar hamısı hazırda önəmlidi və zamanımı daha çox bu işlərə ayırdığımdan tez-tez xaricə səfərim olur. Eyni zamanda artıq 1 ilə yaxındır TV ilə paralel olaraq çalışdığım digər şirkətin xaricdə keçirilən layihələrinə qatılıram.
Teleaparıcı vaxt qıtlığına görə işdən ayrıldığını deyib:
"Hər gün canlı efir olduğu üçün mütəmadi olaraq işdən icazə ala bilmirdim. Çalışdığım doğma AZTV-dən isə ayrılmaq mənə mənən çox çətin oldu. Çünki peşəkar komanda və hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”.