Ökə üzrə 16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq.
Bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, proses ilin sonunadək baş tutacaq:
"Hazırda bununla bağlı iş gedir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə bu proses davam edir. 16 martdan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçirilib".
O əlavə edib ki, ilin sonunadək nəticələrin olması gözlənilir:
“Müsbət nəticələr gözləyirik. 2025-ci ilin sonunadək ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının DVB-T2-yə keçməsi nəzərdə tutulur”.