“Ulucay ədəbiyyatda təsadüfi adamdır, haqqımda nə istəsə yaza bilər” - Aqşin Yenisey
11:34 29.10.2025
Ədəbiyyat
1477
"Mən kiminsə ədəbi himayəsində böyüməmişəm deyə bəzən sərt tənqidlərimin qarşı tərəfdə necə qarşılanacağını qabaqcadan hiss edə bilmirəm"
"25 ildir əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir edirlər. Hələ ictimai mövzularda yazdığım yazılara görə cəmiyyətdən aldığım təhdidləri, təhqirləri qoyuram bir qırağa..."
“Gənclər özlərini mövcud Azərbaycan ədəbi mühiti ilə məhdudlaşdırıblar. Bu ədəbi mühit də, sadəcə, stalinizmin uzantısıdır”
Şair Aqşin Yeniseyin gənc yazar Nadir Yalçın haqqında “Sənin haqqında bir il də yazsam, yazı adamı olan deyilsən” ifadəsi yeni nəsil yazarlar arasında etirazla qarşılanıb. Kulis.az-ın baş redaktoru Ulucay Akif də bu polemikaya istinad edərək Aqşinin yaradıcılığını və ədəbi yanaşmasını tənqid edib. Yazıda, xüsusilə, Aqşin Yeniseyin əsərlərində baş obrazlara verdiyi adlar və ədəbi üslubu diqqətə çatdırılıb, onun yeni ədəbi nəslə dərs deyəcək müəllif olmadığı vurğulanıb:
“Aqşin yeni ədəbi nəslə dərs deyə biləcək müəllif deyil. Açığı, orta nəsil və yaşlı nəsil yazıçılar arasında yeni nəslə dərs deyəcək, ustadlıq edəcək imza görmürəm, çünki özlərinin ortada sanballı bir əsəri yoxdur”.
Ulucay Akif hesab edir ki, yeni nəsil müəlliflər daha sanballı yazır. AYB-AYO davası, vəzifə-pul davası eləmir yeni müəlliflər, sırf ədəbiyyat yaratmağa çalışır.
Aqşin Yenisey Sherg.az-a açıqlamasında haqqında yazılan fikirlərə cavab verib. Şairin sözlərinə görə, yaradıcı mühitdə bu cür əksfikirliliyin olması vacibdir. Olmaması daha çox üzücü olardı:
“Yaşlı Da Vinçi ilə gənc Mikelancelonun da fikir ayrılığı vardı. Nitsşe Sokratı, az qala, təhqir edirdi bir kitabında. Nabokov Dostoyevskini məsxərəyə qoyurdu. Yəni bu cür ədəbi davaların nə əvvəli var, nə də sonu olacaq. Nadirə yazdığım ifadə, sadəcə, ona aid olmayan əsəbi bir halın təzahürüydü. Mən ədəbiyyatın, sənətin mərkəzində hər dövrün öz problemlərinin, mövzularının olmalı olduğunu yazdığım statusun altında mənə ağsaqqalcasına və səhv yol göstərdiyi üçün o cür sərt cavab yazmışdım. Sonra peşmanlığımı da ifadə etdim. Amma mən o fikirdə də deyiləm ki, sənət, ədəbiyyat gənclərə yol açmaqla inkişaf edir. Biz bu düşüncədəki "yol" sözünü səhv anlayırıq. Açılmış yolda böyük sənət adamı yetişə bilməz. Böyük adamları böyük çətinliklər yetişdirir. İndiki gənclər çox ərköyündürlər və elə başa düşürlər ki, kimsə onlar haqqında yazsa böyük yazıçı, şair olacaqlar. Əksəriyyəti kitab oxumur, hətta kitab oxumağı qəbahət kimi qələmə verir. İstedad, zəhmət olmadan inkişaf edə bilməz”.
Şair qeyd edib ki, yaradıcılığı mədəniyyətə çevirən zəhmətdir. O, istəyir ki, gənclər yaradıcılıq mərhələsini aşsınlar, mədəniyyət mərhələsinə keçsinlər. Sənətin, ədəbiyyatın ictimai dəyərini anlasınlar:
“Bir cümləlik tənqidə dözümü olmayan gəncdən əsər gözləmək boş ümiddir. Mən kiminsə ədəbi himayəsində böyüməmişəm deyə bəzən sərt tənqidlərimin qarşı tərəfdə necə qarşılanacağını qabaqcadan hiss edə bilmirəm. 25 ildir əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir edirlər. Hələ ictimai mövzularda yazdığım yazılara görə cəmiyyətdən aldığım təhdidləri, təhqirləri qoyuram bir qırağa. Amma mən bütün bunların normal olduğunu düşünürəm, çünki sevilmək üçün yazmıram. Mənim üçün ən böyük ayıb məni tənqid və təhqir edənlərin sevgisi olardı. Gənclərə də ədəbiyyatda, həyatda gəlib çıxdığım yerdən dəyər verirəm. Dünya ədəbiyyatının sınanmış yolu budur. Gənclər özlərini mövcud Azərbaycan ədəbi mühiti ilə məhdudlaşdırıblar. Bu ədəbi mühit də, sadəcə, stalinizmin uzantısıdır. Ulucaya gəlincə, o ədəbiyyatda təsadüfi adamdır, mənim haqqımda nə istəsə yaza bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya